İnsanlara hürriyət, millətlərə istiqlal!

İnfantino futboldakı “qumarbaz”lardan danışdı

"Oyunçular bilirlər ki, mərc etməmək lazımdır. İstənilən idman növündə. Bir şey baş verdikdə, açıq şəkildə araşdırmalar və çox ciddi, çox sərt qərarları verilir".

Publika.az xəbər verir ki, bunu FİFA Prezidenti Canni İnfantino peşəkar idmançılar arasında mərc problemindən danışarkən deyib.

"Futbolda isə bu, bütün səviyyələrdə olur, o cümlədən həvəskarlarda. Kimsə idman qaydalarına zidd hərəkət edibsə, sanksiyaların olacağı göz qabağındadır. İndi hər bir situasiya fərdidir, o, buna uyğun qiymətləndirilməlidir və sadələşdirilməməlidir”, - "SportTV" internet nəşri İnfantinodan sitat gətirib.

Qeyd edək ki, FİFA “Vest Hem”in yarımmüdafiəçisi Lukas Pakettanı mərc etdiyinə görə ömürlük cəzalandıra bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR