İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziyada açıq havada maska taxılması tələbi ləğv edilib

İndoneziya qonşu ölkələr olan Malayziya və Sinqapurdan sonra açıq havada maska taxılması barədə mandatı aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya prezidenti Coko Vidodo bəyan edib.

“Əgər insanlar açıq havada fəaliyyətlə məşğuldularsa və ya onlar ətrafda çox insanın olmadığı şəraitdə çalışırlarsa, bu halda onların maska taxmasına ehtiyac yoxdur”, - deyə C.Vidodo bildirib.

Bununla yanaşı, İndoneziya prezidenti qapalı yerlərdə dərslərin keçirilməsi zamanı və ictimai nəqliyyatda maska taxılmasının zəruriliyini qeyd edib. Həmçinin, yaşlı insanların və müvafiq xəstəlikləri olanların da tədbirlər zamanı maska taxmasının vacibliyini bildirib.

Xatırladaq ki, İndoneziya hökuməti tam peyvənd olunanların ölkəyə gəlməzdən əvvəl PCR testi verməsi barədə tələbi də aradan qaldırıb.

Bildirilir ki, İndoneziyada məhdudiyyətlərin yumşaldılmasına ölkə üzrə COVID-19-a yoluxma hallarının kəskin azalması səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR