İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziya da "Qızıl viza" ya keçir

İndoneziya milli iqtisadiyyatı stimullaşdırmaq üçün xarici fərdi və korporativ investorları cəlb etmək məqsədilə “qızıl viza” sistemini tətbiq edir. Bu barədə “The Jakarta Post” qəzeti Ədliyyə və İnsan Haqları Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Qızıl viza” 5 ildən 10 ilə qədər uzunmüddətli yaşamaq icazəsi verir”, – immiqrasiya şöbəsinin rəisi Silmi Kərim deyib. Beş illik viza fərdi investorlardan 2,5 milyon dollarlıq şirkət yaratmağı, on illik viza üçün isə 5 milyon dollar investisiya tələb edir. Korporativ investorlar beş illik direktor vizası almaq üçün 25 milyon dollar investisiya etməlidir.

Qəzet yazır ki, on illik viza almaq istəyənlər iki dəfə çox, yəni 50 milyon dollar sərmayə qoymalıdırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR