Onlayn ictimai-siyasi qəzet
Ermənistan Rusiyadan məbləği artıq ödənilmiş silahların tədarükünü gözləyir.
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Andranik Köçəryan deyib. “İstənilən müqavilədə müddətlər və bu müddətlərin pozulması halında sanksiyalar nəzərdə tutulur”, - o bildirib.
Rusiya Paşinyanın Avropa Parlamentində belə uğurlu çıxış etməsini qısqanır. “Görünür ki, bu çıxış Rusiyaya qarşı yönəlib, ancaq buna baxmayaraq, Ermənistan hakimiyyəti dövlət maraqlarına xidmət edir və biz təhlükəsizlik sistemimizlə bağlı tərəfdaşlarımızı, real dostluq əlaqələrini qeydə almaq istəyirik.
Əgər bu kifayət etmirsə və ya reallıqdan kənara çıxarsa, biz onu qeydə alırıq və nəinki qeydə almağa, nəticələrini qəbul etməyə və həll yollarını təklif etməyə çalışırıq, çünki təhlükəsizliklə zarafat etmək olmaz”, - o bildirib. Köçəryan deyib ki, Ermənistan çox çətin vəziyyətdədir və təhlükəsizlik sisteminin idarə olunması problemi çərçivəsində bütün tərəfdaşlıqları düzgün idarə etmək lazımdır.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu deputat Razi Nurullayevlə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
23 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ