Onlayn ictimai-siyasi qəzet
Aprelin 24-də “İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərovun başçılıq etdiyi idarə heyəti ilə ATİB - “Azərbaycan Türkiyə İş Adamları” Birliyinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“İMZA” İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin Musavat.com-a verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə geniş söhbət açıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, iki Birlik arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, yaranacaq problemlərin həlli yolları müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Daha sonra Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç çıxış edib.
Görüşün sonunda faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə işçi qrupun yaradılması qərara alınıb.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ