İnsanlara hürriyət, millətlərə istiqlal!

“İMZA” ailəsi böyüyür: Yeni üzvlərə vəsiqələr təqdim olundu

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin ofisində təşkilata yeni qəbul olunmuş üzvlərə rəsmi üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbir çərçivəsində birliyə qəbul edilmiş yeni üzvlərə “İMZA” İctimai Birliyinin üzvlük vəsiqələri təqdim olunub.

Vəsiqələri yeni üzvlərə Birliyin İdarə Heyətinin sədri Xəyyam Əsgərov, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və Milli Məclisin deputatı Naqif Həmzəyev təqdim ediblər. Qonaqlar öz çıxışlarında yeni üzvləri təbrik edərək, onları Birliyin fəaliyyətlərində, xüsusilə könüllülük təşəbbüslərində fəal iştirak etməyə çağırıblar.

Tədbirdə çıxış edən “İMZA” rəhbərliyi nümayəndələri yeni üzvləri təşkilata qəbul olunmaları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, “İMZA” İctimai Birliyi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan inkişaf kursunu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını sosial şəbəkələr və müxtəlif ictimai platformalar vasitəsilə təbliğ edir. Hər bir üzv bu fəaliyyətdə iştirak etməyi şərəf və vətəndaşlıq borcu sayır.

Yeni üzvlər də çıxış edərək “İMZA”nın missiyası və dəyərləri ilə tanış olduqlarını, Birliyin həm sosial mediada, həm də ictimai müstəvidə gördüyü işləri yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar qarşıdakı layihələrdə və tədbirlərdə fəal iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, “İMZA” İctimai Birliyi indiyədək ölkənin ictimai-sosial həyatında və beynəlxalq platformalarda mühüm layihələrə imza atıb. Buraya Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans, “Qərbi Azərbaycana Qayıdışın Tarixi, Mədəni və Hüquqi Əsasları” mövzusunda keçirilən tədbir, Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımı ilə bağlı toplantılar və digər əhəmiyyətli layihələr daxildir.

Hazırda “İMZA” kollektivi, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar yeni layihələr üzərində intensiv şəkildə fəaliyyətini davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR