İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xana görə etirazlarda 298 nəfər həbs edildi

İslamabadda indiyədək ən azı 298 nəfər şəxsi və ictimai əmlaka ziyan vurmaq ittihamı ilə saxlanılıb.

Bu barədə cümə axşamı Pakistan paytaxtının polisi məlumat verib.

“İslamabad polisi bu günə qədər yanğın törətməkdə və zərərli əməllərdə təqsirli bilinən 298 nəfəri saxlayıb. 16 yanğın, şəxsi və ictimai əmlaka ziyan vurma faktı qeydə alınıb”, - polisin “Twitter” səhifəsində deyilir.

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri, müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanın saxlanılması paytaxt da daxil olmaqla, ölkənin iri şəhərlərində kütləvi etirazlara səbəb olub. Nümayişlər üç gün davam edib və Ali Məhkəmənin siyasətçini azad etməsilə nəticələnib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR