Onlayn ictimai-siyasi qəzet
Pakistanın keçmiş baş naziri İmran Xan Oksford Universitetinin rektoru vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, siyasətçi müxtəlif ittihamlarla həbsdə olduğu həbsxanadan birbaşa Oksford Universitetinin rəhbəri vəzifəsinə namizədliyini verə bilər.
"The Telegraph"ın məlumatına görə, 80 yaşlı Lord Pattenin istefasından sonra bu yer boşalıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ