İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə itkin düşən azyaşlı tapılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, aprelin 26-da axşam saatlarında İmişli rayon sakini Y.Rəhimov Rayon Polis Şöbəsinə övladının itməsi barədə məlumat verib.

RPŞ-in və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR