İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu ilə bağlı SON DƏQİQƏ - 5 saat DİNDİRİLDİ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu terrorizmə və korrupsiyaya dəstək verməkdə ittiham olunaraq beş saat ərzində dindirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İmamoğlu istintaq çərçivəsində ifadə verib və dindirilmə prosesi beş saat davam edib. Bu müddət ərzində 18 səhifəlik izahat təqdim edib.

Həmçinin, istintaq çərçivəsində saxlanılan 90 nəfərin də ifadəsinin tamamlandığı bildirilib.

Bundan əlavə, Şişli rayonunun bələdiyyə sədri Rəsul Əmrah Şahan və İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni irs məsələləri üzrə rəsmisi Mahir Polat da ifadə vermək üçün çağırılıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR