Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarkov şəhərindəki istintaq təcridxanasında dünyasını dəyişən amerikalı jurnalist və bloger Qonzalo Liranın ölümündə prezident Volodimir Zelenski günahkardır.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Zelenski amerikalı jurnalisti öldürdü", — deyə o, digər bir istifadəçinin paylaşımına cavab verib.
Məlumata görə, Qonzalo Lira 1968-ci ildə ABŞ-ın Kaliforniya ştatının Berbank şəhərində anadan olub. Onun ABŞ və Çilidə ikili vətəndaşlığı olub və Xarkovda yaşayıb. Bloger Rusiyanın Ukraynaya hücumunu işıqlandırıb və prezident Volodimir Zelenskini tənqid edib.
2023-cü ilin may ayında Ukrayna Təhlükəsizlik Xidməti (UTX) onu "Rusiyanın təcavüzünü dəstəkləmək" ittihamı ilə həbs edib. Daha sonra o, ev dustaqlığına buraxılıb. Həmin ilin iyulunda Macarıstana qaçarkən ev dustaqlığı qaydasını pozaraq yenidən həbs edilib.
Lira 2024-cü il yanvarın 12-də həbsdə olarkən pnevmoniyadan vəfat edib.
Mask o zaman blogerin ölümündən dəhşətə gəldiyini yazmışdı.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ