İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan SENSASİON AÇIQLAMA - 5 il ərzində insanları...

“SpaceX” şirkəti beş il ərzində insanları Aya, yeddi-doqquz il ərzində isə Marsa çatdıra biləcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask aprelin 8-də Nikolay Tangenlə müsahibəsində bildirib.

Amerikalı milyarderin sözlərinə görə, 5 il ərzində Marsa eniş edəcək ilk “Starship”də insan olmayacaq.

"Düşünürəm ki, beş il ərzində insanları Aya çatdıracağıq. Marsda isə ilk insanlar yeddi-doqquz il ərzində olacaq", - o deyib.

Maskın fikrincə, iki planetdə olmağı mənimsəyən bəşəriyyət gələcəkdə başqalarına çata biləcək və bununla da sağ qalmaq şansı daha yüksək olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR