Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin rəhbəri İlon Mask Ukrayna müharibəsinin dayandırılması üçün konkret təklif irəli sürüb. O, Ukraynanın ən iri 10 oliqarxına, xüsusilə də Monakoda dəbdəbəli villaları olanlara qarşı sanksiyalar tətbiq edildiyi təqdirdə münaqişənin dərhal dayandırılacağını bildirib.
“Bu dərhal dayanar. Bu, həll yolunun açarıdır” – deyə Mask vurğulayıb.
Məşhur iş adamının bu bəyanatı beynəlxalq mediada rezonans doğurub. Onun fikrincə, müharibənin davam etməsində əsas rolu oliqarxlar oynayır və onlara qarşı sərt tədbirlər görülməsi vəziyyəti kökündən dəyişə bilər.
Maskın bu çağırışı Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən necə qarşılanacaq, bu, yaxın günlərdə bəlli olacaq. Lakin onun daha əvvəl də Ukrayna müharibəsi ilə bağlı fərqli mövqelər sərgilədiyi və bu səbəbdən kəskin tənqidlərə məruz qaldığı məlumdur.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ