İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask "Twitter"in məxfi məlumatlarını sızdıranları məhkəməyə verəcək

İlon Mask şirkət haqqında məxfi məlumatları mətbuata sızdıracaq "Twitter" işçilərini məhkəməyə verəcəyini bildirib.

AzVision.az xəbər verir ki, bu barədə “The Verge” saytı məlumat yayıb. Onun sözlərinə görə, sosial şəbəkənin yeni sahibi bütün işçilərə imzalamalı olduqları və yeni qaydalarla razılaşdıqlarını bildirən sənədi göndərib.

Yeni tələb barədə ilk "Platformer"in redaktoru Zoe Şiffer məlumatlı olub. O, işçilərə göndərilən məktubdan sitat gətirib: "Əgər siz işə müraciət edərkən imzaladığınız məlumatların açıqlanmaması haqqında müqaviləni açıq-aşkar və qəsdən pozarsanız, qanunun bütün müəddəaları ilə tam məsuliyyətə cəlb ediləcəksiniz və "Twitter" dərhal dəymiş ziyanın ödənilməsini tələb edəcək".

Şifferin sözlərinə görə, Mask “təsadüfi səhvlər məqbul” olduğunu başa düşür. Söhbət bir işçinin şirkətə zərər vermək məqsədi ilə qəsdən bəzi məlumatları mediaya göndərdiyi hallardan gedir. Bu halda o, “layiq olduğunu alır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR