İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask:"Tezliklə Twitter brendi ilə və bütün "quşlarla" vidalaşacağıq"


"Tezliklə biz Twitter brendi ilə və tədricən bütün "quşlarla" vidalaşacağıq".

Musavat.com bildirir ki, bunu amerikalı biznesmen və Twitter sosial şəbəkəsinin sahibi İlon Mask açıqlayıb.

O həmçinin adıçəkilən sosial platformanın loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayaraq, Twitter üçün mümkün gələcək dizaynı da dərc edib. Bu, qara fonda X işarəsidir.

Lakin rebrendinqin son variantı hələ razılaşdırılmayıb. İlon Mask “əgər bu axşam kifayət qədər yaxşı "X" loqosu ərsəyə gələrsə, sabahdan həmin loqo istifadəyə veriləcək",-deyə əlavə edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR