İnsanlara hürriyət, millətlərə istiqlal!

Ilon Mask Corc Sorosu “Marvel” komikslərindəki cani ilə müqayisə edib

İlon Mask Corc Sorosu Marvel şirkətini məhsulu sayılan “X-Men” seriyasında cani Maqneto ilə edib. Lakin daha sonra ixtiraçı milyarder özünəməxsus şəkildə üzr istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə amerikalı iş adamı rəsmi Tvitter hesabında yazıb.

Sorosla bağlı Mask bunları yazıb: "Həmin posta görə üzr istəmək istəyirəm. Bu Maqnetoya qarşı haqsızlıq idi",-deyə milyarder istehza ilə qeyd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində İlon Mask milyarder Corc Sorosun “ona komikslərin süjetinə görə mutantları insanları məhv etməyə çağıran Magnetonu” xatırlatdığını söyləmişdi. Onun sözlərinə görə, bəzilərinə Soros xoş niyyətli kimi görünə bilər, lakin bu, doğru deyil.

“O, sivilizasiyanın özünü məhv etmək istəyir. Soros bəşəriyyətə nifrət edir”, – deyə Mask vurğulayıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR