Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar İlon Mask Pekinə uçub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, səfər barədə əvvəlcədən məlumat verməyib.
Bildirilir ki, iş adamı yerli bazarda avtomobilin tam avtomatik idarə edilməsi üçün proqram təminatının tətbiqi məsələsini yüksək səviyyədə müzakirə aparmağı, habelə nəqliyyat vasitələrinə nəzarət alqoritmlərini təkmilləşdirmək üçün ölkədə toplanmış məlumatların xaricə ötürülməsinə icazə almağı düşünür.
Qeyd edək ki, İlon Mask ABŞ-nin böyük intriqa içində olduğu Risiya ilə yanaşı, iqtisadi inkişafı və dünya dominantlığına can atması ilə Vaşinqtonun əsəblərini tarıma çəkən Çinlə yaxşı münasibətlərə, ciddi əlaqələrə malikdir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ