Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 23:22
"Heç kəs Təranə xanım kimi evində işçi saxlamaz".
Musavat.com titul.az-a istinadla xəbər verir ki, bunu "Günaydın Azərbaycan" verlişində Təranə Qumralın ailəsi ilə birgə efirə gətirdiyi evinin işçisi olan yaşlı qadın deyib.
O, evində çalışdığı ilk gündən bu vaxta kimi bir dəfə də Təranə Qumralla hər hansı bir problem yaşamadığını, ona öz anası kimi münasibət bəslədiyini efirdə açıqlayıb: "Təranə xanım məni dünyanın hər yerini gəzdirib. Qoymayıb mən fikir edim. İki yerdən pensiya alıram, bir hökümətdən, bir də Təranə xanımdan (gülür). Hər gecə 12-də mənə zəng edir ki, necəsən, nə var nə yox? Səsin bir cürə gəlir. Bəlkə pulun yoxdur? Deyirəm, var, puluma nə gəlib. Mənim bir çöpümü də bir adam almır, hamısın Təranə xanım alır".
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ