Onlayn ictimai-siyasi qəzet
İtkin düşmüş hindistanlı milyonmunun oğlunun meyiti Zaqatalada tapılıb.
Zaqatalanın Car kəndinin çətin relyefli dağlıq ərazisində itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın qalıqları polis əməkdaşları tərəfindən tapılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, turistə məxsus olan meyitinin qalıqları və içərisində mobil telefon, bank kartları olan çanta Car kəndinin meşə zolağında aşkarlanıb.
Tapılan meyit və ona məxsus əşyalar aidiyyəti üzrə təhvil verilib.\\Manset.az
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ