İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlk iclası İran parlamentində keçirməyə hazırıq”-Əli Nikzad  

“Regionda ticarətin liberallaşdırılması üçün danışıqların aparılmasını, İƏT üzvlərinə təşkilatın bankı tərəfindən aşağı faizlərlə kreditlərin verilməsini, təşkilat ölkələri arasında viza rejiminin sadələşdirilməsini təklif edirik”.

Musavat.com xəbər verir ki, bu fikirləri İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında çıxışı zamanı söyləyib.

Əli Nikzad qeyd edib ki, dünyanın enerji ehtiyatlarının böyük hissəsi İƏT ölkələrindədir: “İƏT PA bizə hökumətlərimizlə birlikdə hərəkət etmək imkanı verib, İƏT ölkələrinin hədəflərinə nail olması üçün addımlar atmaq şansı yaradıb. İran İƏT-in əsas və nüfuzlu üzvü kimi fəal regional diplomatiyanı ön plana çıxarır. Üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına çağırırıq. Region xalqlarının maraqlarına cavab verən sazişlərin dəstəklənməsində üzv dövlətlərin parlamentlərinin rolu danılmazdır”.

İran rəsmisi təklif edib ki, Assambleyanın Nizamnaməsinə uyğun olaraq, pandemiyadan sonrakı iqtisadi bərpa üçün İƏT PA dəstək komitəsi yaradılsın: “Təklif qəbul edilərsə, komitənin ilk iclasını İran parlamentində keçirməyə hazırıq”.

O bildirib ki, İran təzyiqlərə baxmayaq, hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olub: "Biz qonşularla aktiv əlaqələrin qurulması, Şərq və Qərblə balanslaşdırılmış siyasətin tərəfdarıyıq".
Qeyd edək ki, növbəti konfransa 2023-cü ildə Tehran ev sahibliyi edəcək.

Elşad,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR