İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ - Ukrayna Rusiyanı BU RAKETLƏ VURDU

Ukrayna ilk dəfə Amerika istehsalı olan ATACMS raketləri ilə Rusiyanın ərazisinə zərbə endirib. Raketlər Bryansk vilayətində bir silah anbarını hədəf alıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist, "Censor.net" nəşrinin baş redaktoru Yuri Butusov məlumat verib.

“Ukrayna Baydenin icazəsi ilə Rusiya Federasiyasına raket zərbələri endirib!", - o yazıb.

Qeyd edək ki, ATACMS (Army Tactical Missile System) uzun mənzilli, çox güclü və müxtəlif döyüş başlıqları daşıyabilən raketlərdir.

Bu raketlər ABŞ tərəfindən döyüşlərdə istifadəsinə icazə verilən ən yeni texnologiyalardan biridir.

Raketlərin məqsədi strateji obyektləri və dərinlikdə yerləşən hədəfləri vurmaqdır, hansı ki, bu da Ukrayna ordusunun hücum imkanlarını artırır.

Yuri Butusovun verdiyi məlumata görə, zərbələr hədəfə dəqiq çatıb və ciddi dağıntılara səbəb olub.

Zərbə nəticəsində Rusiyanın mühüm hərbi ehtiyatları olan anbarın böyük zərər gördüyü bildirilib. 

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR