İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! Rusiyaya "rus üsulu" CAVAB verildi

Rusiyanın ötən ilin noyabrından Ukraynada mülki infrastrukturu hədəfə almasından sonra ilk dəfə Ukrayna ordusu Rusiya torpaqlarında Kursk bölgəsinə əks-hücum həyata keçirib.

Musavat.com xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Staravoyt dünən səhər saatlarında Ukrayna ordusunun Rusiya ərazisindəki mülki infrastrukturu birbaşa hədəfə aldığını açıqlayıb.

Sərhədə yaxın bölgəyə 20 zərbə endirən Ukrayna Kursk şəhəri yaxınlığında yerləşən elektrik paylayıcı mərkəzi dağıdıb.

Səhər saatlarından etibarən PUA-larla həyata keçirilən hücumdan sonra Obesta, Lokot və Novoivanovka yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi qeydə alınıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR