İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! Çavuşoğlu ilə Dendias arasındakı gərginliyin DETALLARI ORTAYA ÇIXDI

Yunanıstanın xarici işlər naziri Nikos Dendias iki il sonra ilk dəfə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə yaşadığı gərginlikdən danışıb.

Musavat.com xəbər verir ki, 4 ildir Yunanıstanda xarici işlər naziri vəzifəsini tutan və Yeni Demokratiya Partiyasından yenidən namizədliyi irəli sürülən Dendias Youtube kanalında yayımlanan bir verilişdə çalışdığı müddətdə yaşadığı maraqlı anları bölüşüb.

Xarici siyasətdə ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayan yunan nazir zamanla həmkarları ilə dostlaşdığını açıqlayıb. O, 2 ildən sonra "dostum" olaraq xarakterizə etdiyi Çavuşoğlu ilə 2021-ci ildə Ankarada yaşadığı gərginliyin pərdəarxasından danışıb.

Dendias türkiyəli həmkarı ilə indi dost olduğunu, lakin 2 il öncə mübahisə etdiklərini qeyd edib:

"Masada vəziyyət birdən dəyişdi. Ondan sonra təşkil olunmuş naharda atmosfer dəhşətli idi. O, masada yanımda oturmuşdu. İlk 20 dəqiqə soyuq idi, heç kim danışmırdı”.

Hətta bu hadisənin belə bir ünsiyyət kanalı açdığına diqqət çəkən Dendias Türkiyə və Yunanıstanın aralarındakı problemin həllində ortaq maraqlarının olduğunu vurğulayıb.

Qeyd edək ki, 15 aprel 2021-ci ildə Ankarada görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstan xarici işlər naziri Nikos Dendiasın birgə keçirdiyi mətbuat konfransı zamanı gərginlik yaşayıb.

İki nazirin Şərqi Aralıq dənizi, azlıqların hüquqları, Egeydəki kontinental şelf, adaların silahlandırılması və immiqrantlarla bağlı təşkil etdiyi mətbuat konfransında Dendias təxribatçı sözlər işlədib və “Türkiyə Yunanıstanın suveren hüquqlarını pozmağa davam edərsə, sanksiyalar gündəmə gələcək" deyib. Çavuşoğlu isə bu ittihamların qəbuledilməz olduğunu bildirərək sərt cavab verib.

İllərdir enişli-yoxuşlu davam edən Türkiyə-Yunanıstan münasibətləri Türkiyənin yaşadığı böyük zəlzələ və Yunanıstanda baş verən qatar qəzasından sonra bir-birinin uzadılan yardım əli ilə daha mülayim bir dövrə girib.

Musavat.com 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR