İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! Bu ölkə çoxdan gözlənilən ADDIMI ATDI

Çin prezidenti Si Cinpin və Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə telefonla danışıblar.

Musavat.com xəbər verir ki, Zelenski "Twitter"də qısa açıqlamasında təxminən bir saat davam edən telefon zənginin "uzun və mənalı" olduğunu yazıb.

Ukrayna lideri Çinə səfir təyin edəcəklərini də açıqlayıb.

Çin dövlət televiziyası CCTV bildirib ki, Si Zelenskiyə “müharibədən yeganə çıxış yolu danışıqlardır” deyib. CCTV-nin xəbərinə görə, Si ukraynalı həmkarına deyib ki, Çin Ukrayna ilə bağlı hər zaman sülhün tərəfində olub: "Bizim əsas mövqeyimiz sülh danışıqlarını dəstəkləməkdir".

Pekinin Ukraynaya xüsusi nümayəndəsini göndərəcəyi bildirilsə də, bununla bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Çin lideri 12 bəndlik sülh planı hazırlamış və tərəfləri masaya dəvət etmişdi. Si Cinpin mart ayında Moskvaya səfər etmiş, iki gün dalbadal Rusiya lideri Vladimir Putinlə görüşmüşdü. Sinin Moskvanı tərk etməzdən əvvəl Zelenski ilə telefonla danışaraq iki lider arasında vasitəçilik edəcəyi gözlənirdi, lakin o bunu etməmiş, nəticədə tənqidlərə məruz qalmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR