Onlayn ictimai-siyasi qəzet
İlin ikinci Ay tutulması başa çatıb.
BDU-nun Astrofizika kafedrasından Musavat.com-a verilən xəbərə görə, saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olub. Tutulmanın maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb.
Ay tutulmasını Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olub.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyib, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olub. Yarımkölgəli Ay tutulmasını görmək çətin olub, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ