İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlhamə Quliyevanın bağışladığı brilyant boyunbağı saxta çıxdı” - FOTO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyeva ilə maraqlı xatirəsini bölüşüb.

O bu barədə "Günaydın, Azərbaycan" verilişində danışıb.

Aparıcı bildirib ki, müğənninin ona hədiyyə etdiyi zinət əşyası saxta çıxıb:

"Ad günüm idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha, o boyunbağını boğazımdan çıxartmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu, nə qızıl, nə də ki, brilyantdır. Bu, bijuteriyadır. Bəlkə, onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə ad günlərimdə gözləyirəm"/olay.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR