İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Şahbaz Şərifi qarşıladı

Azərbaycana dövlət səfərinə gələn Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub.

Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Pakistan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR