İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Paşinyanla sərhəddə GÖRÜŞƏ GETSƏ… - Bakı sakinlərindən OLAY KİMİ versiyalar

Ermənistan baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədində Prezident İlham Əliyevlə görüş keçirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşların sülh gündəliyinə yardımını yüksək qiymətləndirir, lakin Azərbaycanla uzun müddətdir ki, ikitərəfli formatda iş aparılır.

Xatırladaq ki, bənzər görüş 2002-ci ilin avqustun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Prezidenti Heydər Əliyev ilə Ermənistan prezidenti Robert Köçəryan arasında olmuşdu. O zaman ölkə liderləri görüşün faydalı olduğunu, bu səviyyədə danışıqların davam etdirilməsinin zəruriliyini vurğulamışdılar.

Bəs Paşinyan sərhəddə İlham Əliyevə hansı təklifi deməyə gəlir? Vasitəçisiz bu görüş nəyə gətirib çıxara bilər? Vətəndaşlarımızın bu məsələyə mövqeyi necədir?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR