İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: Hər şeyi mərhələli yollarla edirik

Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşündə deyib.

İlham Əliyev Prezident kimi əsas borcunun bu gün Vvətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaqdan ibarət olduğuna diqqət çəkib:

"İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR