Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Azərbaycanda ayrı-ayrı bölgələrdə 5 nəfəri ildırım vurub, onlardan 3-ü həyatını itirib.
İldırım vurmasından ölümə hər il bir neçə dəfə rast gəlinir.
İnsanlar son illərə qədər ildırımdan bu qədər adam ölməsinə rast gəlmədiklərini, burda nəsə müəamma olduğunu düşünür.
"Həmişə ildırım olub, kənddə camaat dağda-çöldə olurdu, niyə onları vurmurdu? Bəlkə çaxan təbii ildırım yox, süni ildırımdır?".
Musavat.com xəbər verir ki, medicina.az məsələ ilə bağlı maraqlı faktı araşdırıb.
Alimlər arasında çoxdandır belə fikir dolaşır ki, mobil telefon və evlərdə, binalarda quraşdırılan telefon stansiyaları, antenlər ildırımın yayayış yerinə və insanlara toxunmasına səbəb ola bilər.
Belə ki, 2006-cı ildə Londonda 15 yaşlı qızı ildırım vurmuşdu. Qız çoxsaylı yanıq xəsarətləri almışdı və qulağı tutulmuşdu. Maraqlıdır ki, ildırım vuran zaman qız qulağında telefon danışdığını deyirdi və onun telefonu da zərər görmüşdü.
Bundan sonra ekspertlər açıq havada, ildırım çaxan ərazidə istənilən smartfon və qadjetin istiifadəsinin təhlükəli ola biləcəyi qənaətinə gəlib.
İldırıma gözləyib, yaxınlaşıb telefona çəkmək və ya həmin vaxt cihazı işlək vəziyyətdə qulaq, baş nahiyəsində tutmaq təhlükəli ola bilər.
Lakin bu hipotezi digər alimlər qrupu dəstəkləmir. Onların fikrincə, mobil telefonla ildırımın energetik təsiri fərqlidir. İldırımın ötürücüsü olmaq üçün obyektin çəkisi ağırlığı çox olmalıdır. Ona görə 150 qramlıq telefon yox, elə 70 kq-lıq insan özü elektrik enerjisinin keçiricisi ola bilər.
Lakin məhz son illərdə ildırım vurmasına xüsusən gənclərin tuş gəlməsi telefon ehtimalını artırır.
Ona görə də ildırımı telefon, kamera ilə çəkmək, ildırıma tuşlayıb sosial şəbəkələrdə canlı açmaq təhlükəlidir. İldırım çaxarkən elektrik sütunları, metal olan yerlərdən aralı gəzin, açıq havada qalmayın, qapalı yerə sığının və telefonu söndürün.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ