İnsanlara hürriyət, millətlərə istiqlal!

İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO

Sumqayıtda ana və iki azyaşlı övladı 11 gündür ki, itkin düşüblər.

Hadisə dördüncü mikrorayonda, 24 saylı binada qeydə alınıb.

Onlar sonuncu dəfə mayın 2-də şəhərin təhlükəsizlik kamerasına düşüblər.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova polis bölməsinə müraciət edərək bildirib ki, mayın 2-də 33 yaşlı gəlini Şəbnəm Alıyeva azyaşlı iki övladı - 12 yaşlı Ayanı və 11 yaşlı Ayxanı yaşadıqları evdən götürərək gedib və bir daha geri qayıtmayıb.

“Gəlinin özünün problemi yox idi. Deyilənə görə, oğlu xəstədir, bəlkə də, ona görə dərddən başını götürüb qaçıb. Yoldaşı Rusiyaya işləməyə gedib. Çox yaxşı ailədir. Bir il olar ki, buraya köçüblər. Bu müddət ərzində onların səsini eşitməmişik”, - qonşusu söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR