Onlayn ictimai-siyasi qəzet
Çeçenistanın “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov neonasistlərin “Rusiç” batalyonunun rəhbəri Aleksey Milçakovla görüşüb.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, “Rusiç” teleqram kanalının məlumatına görə, danışıqlar zamanı birlikllər arasında qarşılıqlı fəaliyyət və münaqişəli vəziyyətlərin qarşısının alınması məsələləri müzakirə olunub.
Alaudinov Milçakovu vətənpərvər kimi səciyyələndirərək onun ölkəsinə və xalqına bağlılığını qeyd edib. O, millətlərarası və konfessiyalararası münaqişələrin qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Milçakov öz növbəsində tərəflərin qarşılıqlı anlaşma əldə etdiklərini və ümumi maraqlar çərçivəsində əməkdaşlıq edəcəklərini bildirib.
Bununla belə, Milçakovun şəxsiyyəti ictimaiyyətin ciddi qəzəbinə səbəb olur. O, keçmişdə açıq şəkildə özünü nasist adlandırıb və heyvanlara qarşı qəddarlığı, o cümlədən bir it balasını öldürərkən çəkilmiş fotolarını yayımlaması ilə məşhurlaşıb. Həmçinin 2023-cü ildə o, nasizm haqqında broşürada fotosunun istifadəsinə görə təzminat tələb edərək Rusiya Xarici İşlər Nazirliyini məhkəməyə verib.
“Rusiç” Telegram kanalı görüşün batalyonun “Axmat” hərbi birləşməsinun tərkibinə keçidi ilə bağlı olmadığını və Alaudinovun dəvəti ilə baş tutduğunu vurğulayıb. Görüşlə bağlı paylaşıma 8 mindən çox mənfi reaksiya gəlib.
Bundan əlavə, daha bir qalmaqal “Rusiç” batalyonu ilə bağlıdır: qrupun keçmiş komandiri Yan Petrovski (Vojislav Torden kimi tanınır) Finlandiyada hərbi cinayətlərdə, o cümlədən ukraynalı hərbi əsirlərin qətlində ittiham olunur.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ