İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ay idi Ermənistandan atəş açılmırdı - Nə baş verir?

Martın 4-ü saat 22:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumatı martın 5-də Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Bəs, buna qədər Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini nə vaxt atəşə tutmuşdu? Son zamanlar belə hadisə hansı ayda baş verib?

Medianews.az suala cavab tapmaq üçün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə nəzər salıb.

Aydın olub ki, buna qədər oxşar hadisə iki ay əvvəl baş verib. Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyi martın 6-da bu xəbəri yayarkən onu da vurğulayıb ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Bununla belə, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR