Onlayn ictimai-siyasi qəzet
Türkiyə Super Liqasında ötən həftə baş tutan "Fənərbağça" - "Qalatasaray" matçında (0:0) Mauro İkardi və Edin Ceko arasında mübahisə yaşanmışdı.
Offsideplus.az xəbər verir ki, İtaliya mətbuatı ulduz futbolçular arasında yaranan gərginliyin səbəbini açıqlayıb. Bosniya və herseqovinalı futbolçu İkardinin penalti istədiyi epizodda sərt reaksiya göstərdi və "nəhənglər" "kəllə-kəlləyə" gəldi. İtalyanlar İkardi və Ceko arasında keçən dialoqu yayımlayıb:
Ceko: "Öz işinlə məşğul ol"
İkardi: "Eləməsəm, nə olacaq?"
Ceko: "Nə deyirsən?"
İkardi: "Yenə deyirəm, öz işimlə məşğul olmasam nə olacaq?"
Qeyd edək ki, sabah "Qalatasaray" və "Fənərbağça" klubları arasında Türkiyə Super Kuboku finalı baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ