İnsanlara hürriyət, millətlərə istiqlal!

İflicə səbəb olur - Beyin cərrahından ŞOK XƏBƏRDARLIQ

Hindistanlı neyrocərrah Arun Naik gözəllik salonlarında saç yuyularkən boynunu çox arxaya əyməyin iflicə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o, yüksək təzyiq, şəkər və ya boyun problemi olan insanların daha çox risk altında olduğunu qeyd edib.

A. Naikin sözlərinə görə, boyunun həddindən artıq arxaya əyilməsi boyundakı damarların zədələnməsinə səbəb ola bilər.

Bu vəziyyət beyinə qan axınına maneə törədə, insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Həkim vurğulayıb ki, saçı bu cür yumaq daha yüngül hallarda başgicəllənmə, bulanıq görmə, yuxululuq və nitq pozuqluğu kimi problemlərə yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR