Onlayn ictimai-siyasi qəzet
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, bu haqda təşkilatın dərc etdiyi bəyanatda bildirilir.
O həlak olanların ailələrinə səbir diləyib, qəza ilə bağlı Azərbaycan Respublikasının rəhbərliyi və hökumətinin yanında olduğuni bildirib.
Baş katib, həmçinin bu ağrılı qəzadan sonra xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib. Bu faciəvi qəzadan sonra İƏT-in Azərbaycan Respublikası ilə həmrəyliyini vurğulayıb.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ