İnsanlara hürriyət, millətlərə istiqlal!

“İen” qasırğası Florida ştatında 2 milyondan çox insanı işıqsız qoyub

“İen” qasırğası nəticəsində Florida ştatının 2 milyondan çox sakini elektriksiz qalıb.

AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, sentyabrın 28-i axşam saatlarında Florida ştatında 2 milyon 8 min 150 istehlakçının elektrik enerjisi kəsilib.

Ştatın qubernatoru Ron Desantis təbii fəlakətlə əlaqədar Milli Qvardiyanın 5 minə yaxın əsgərinin Floridaya gətirildiyini və elektrik təminatında yaranan problemlərin aradan qaldırılması üçün 30 min mütəxəssisin cəlb edildiyini bildirib.

Sentyabrın 27-də axşam saatlarında Kubanın bütün ərazisinin işıqsız qalmasına səbəb olan “İen” qasırğası növbəti gün Florida ştatının cənub-qərb sahillərinə çatıb. Qasırğa hazırda saniyədə təxminən 3,6 metr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Beş ballıq Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər zəifləyən qasırğanın daxilində küləyin sürəti saniyədə 51 metrə çatır. Meteoroloqların proqnozlarına görə, "İen" qasırğası sentyabrın 29-u axşam və ya sentyabrın 30-u səhər saatlarında Florida ştatını tərk edəcək.

Sentyabrın 24-də ABŞ prezidenti Cozef Bayden yaxınlaşan “İen” tropik qasırğası ilə əlaqədar bölgədə fövqəladə vəziyyət rejimi elan edib və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini tapşırıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR