İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra məmuru tərəfindən döyüldüyü deyilən qadınla bağlı AÇIQLAMA

Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı açıqlama verilib.

BAKU.WS xəbər verir ki, Vəkillər Kollegiyasının Mətbuat Xidmətinin məlumatına görə, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

Qurum qeyd edib ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər:

“Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR