İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir- 80 min borcu var

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

Musavat.com xəbər verir ki, idarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.

MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.

Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR