Onlayn ictimai-siyasi qəzet
“İcbari Tibbi Sığorta hesabına 2021-2023-cü illər ərzində 8 100-dən çox koronar şuntlama əməliyyatı icra olunub”.
Bu sözləri Baku TV-yə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova bildirib.
“Ürəyin işemik xəstəliyinin diaqnozu elektrokardioqrama, exokardioqrama, müəyyən laborator müayinələr, qanın testi, tredmill testləri İcbari Tibbi Sığorta paketində var və bu müayinələr üçün ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda vətəndaşın xəstəxanada yatış dövründə qidalanması da İcbari Tibbi Sığorta hesabına qarşılanır. Əgər vətəndaş 12 yaşa qədər uşaqdırsa, onu müşayiət edən şəxsin də qidalanması sığortaya daxildir”, - deyə o qeyd edib.
Ətraflı süjetdə:
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ