Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses qızı Dilan Çıtak tərəfindən psixoloji zorakılığa məruz qaldığını deyib.
İfaçının sözlərinə görə, qızı Tatlısesin evinə basqın edərək söyüşlər yağdırıb.
"Mən heç kimin bu qədər sərbəst şəkildə ədəbsiz danışdığını görməmişəm. Bu mənim uşağım ola bilməz. Çünki övladlarımın heç biri yalan danışmır. Maddi vəziyyətim yaxşıdır deyir. Bəs, Nişantaşı və Bodrumdakı mağazanı və altındakı maşını kim alıb? Bodrumda yaşaması üçün ona verdiyim evi 6 milyon lirəyə satdı. Sonra başqa mənzilə köçdü. Anası üçün ayrıca mənzil də aldı. Bunları mənim icazəm və xəbərim olmadan etdi. Sonra dedim ki, iki mənzilin kirayəsini ödəyəcəksən, o iki mənzili Urfada qızlarıma vermişəm, onlara zərər verməməlisən. Bunları dedikdən sonra qiyamət qopardı. Gəlib evə basqın etdi, ağlasığmaz söyüşlər söylədi. Televizorun pultunu atdı. Mənim köhnə vaxtım olsaydı, o mənə qarşı bunu edə bilərdi?", - deyə müğənni gileylənib.
Tatlısesin açıqlamalarından sonra Dilan Çıtakın əri Levent Dörter sənətçini təkzib ediblər.
"Dilan üçün heç bir mağaza alınmayıb. Dilana mağaza açanda yalnız 1/4 hissəsini kömək ediblər. Dilanın bütün mağazaları kirayədədir. Maşını isə Dilan özü alıb", - deyə Dörter bildirib.//Oxu.Az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ