İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısəslə bağlı zarafatı ona baha başa gəldi: Ölümlə təhdid olunur - FOTO

Məşhur komediya aktyoru Özkan Çelik problem yaşayıb.

Çelik 2011-ci ildə İbrahim Tatlısəsin vurulması ilə bağlı etdiyi zarafata görə ölümlə təhdid olunub.

Əyləncəli səhnələri ilə məşhurlaşan aktyor “İbrahim Tatlısəs vuruldu. Adamı düz başından vurursan, işini düzgün görmək qüruru ilə evə gedirsən, televiziyada baxıb görürsən ki, adam ölməyib. Bu, qatili daha çox məyus edər” – sözlərini işlədib.

Videonu “İnstaqram” hesabında yayımlayan Özkan Çelik ölüm təhdidləri almağa başlayıb.

Aktyorun paylaşımına “ilk səhnənizdə sizi güllələyəcəyəm. İbonun salamı var” şərhi yazılıb.

Zarafatına görə təhdid dolu şərhlər alan Özkan Çelik məhkəməyə müraciət edib.

Xatırladaq ki, “İmperator” ləqəbli İbrahim Tatlısəs 2011-ci il martın 14-də İstanbulda köməkçisi ilə birlikdə 5 nəfərin hücumuna məruz qalıb. Başının sağ nahiyəsindən güllə yarası alan Tatlısəs uzunmüddətli müalicə alıb. (Publika.az)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR