İnsanlara hürriyət, millətlərə istiqlal!

IAEA-nın baş direktoru: Pakistanda nüvə təhlükəsizliyi yüksək səviyyədədir

Beynəlxalq Atom Enerjisi Agentliyin (IAEA) Baş direktoru Rafael Qrossi Pakistanda nüvə təhlükəsizliyi tədbirlərinin lazımi tələblərə cavab verdiyini bildirib.

AZƏRTAC “Dawn” qəzetinə istinadla xəbər verir ki, Rafael Qrossi bu barədə İslamabadda keçirilən seminarda deyib. Onun fikrincə, Pakistan yeni atom elektrik stansiyalarının, o cümlədən kiçik modul reaktorlarının istifadəsi və inşası üçün yetərincə texniki və mühəndis potensialına malikdir.

IAEA-nın baş direktoru Pakistana səfəri zamanı ölkənin Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Bilaval Bhutto-Zardari ilə işgüzar görüşlər keçirib, Atom enerjisi komissiyasında, Nüvə təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mərkəzində, nüvə texnologiyasını tətbiq edən bir sıra tədqiqat institutlarında və “Çaşma” AES-də olub.

Pakistandakı iki atom elektrik stansiyasında fəaliyyət göstərən altı enerji bloku ölkənin ümumi enerji istehsalının 10 faizini təmin edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR