İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bu gün paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com avtosfer.az-a istinadən xəbər verir ki, hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil 90-HO-500 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" markalı avtomobillə toqquşub.

Şahidlərin iddiasına əsasən, qəzaya səbəb "Gelandewagen" sürücüsünün yolayırıcının keçilməsi qaydasını pozması olub.

Nəticədə "Hyundai"ya çırpılan maşın zərbənin təsirindən aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR