Onlayn ictimai-siyasi qəzet
Yəmənin "Ənsar Allah" hərəkatına bağlı husilər İsrailin Neqev bölgəsində yerləşən Nevatim hərbi bazasına hipersəs ballistik raketi ilə zərbə endiriblər.
Musavat.com “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.
"Yəmən Silahlı Qüvvələrinin raket bölmələri Fələstinin cənubundakı Negev bölgəsindəki Nevatim aviabazasına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib", - o deyib.
Sariyanın sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri hədəfinə uğurla çatan raketin qarşısını ala bilməyib.
Bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin ələ keçirildiyini bildirib. Ordunun mətbuat xidməti açıqlamasında bildirib ki, hərbi sursat İsrail hava məkanına daxil olmazdan əvvəl məhv edilib. Ölkənin müxtəlif bölgələrində hava hücumu siqnalları eşidilib.
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ