İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilərdən AÇIQLAMA - Rusiya və Çin gəmiləri...

"Husilər Qırmızı dənizdə İsraildən başqa digər ölkələrdən gəmilərin təhlükəsiz keçməsini təmin etməyə hazırdır".

Musavat.com xəbər verir ki, bunu Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Xüsusilə, o, Rusiya və Çin gəmiləri üçün təhlükəsizlik zəmanətinin olduğunu vurğulayıb.

Məhəmməd əl-Buxeyti bildirib ki, “Ənsar Allah” Qırmızı dənizdə İsrail və Qərb gəmilərinə hücumları yalnız Qəzza zolağında müharibə bitdikdən sonra dayandıracaq:

“Hərbi nöqteyi-nəzərdən İsrail gəmilərinin və ya İsraillə əlaqəli gəmilərin Qırmızı dənizdən keçmək üçün zərrə qədər imkanı olmayacaq. Digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR