Onlayn ictimai-siyasi qəzet
Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi cinayət işində adı keçən Paşa Paşayev axtarışa verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Paşa Tofiq oğlu Paşayev qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir.
Qeyd edək ki, Paşa Paşayevin adı Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun cinayət işində keçir.
Rəşad Mirələmov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
ŞƏRHLƏRŞƏRH YAZ