İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqşünas etibarnamə ilə bağlı mübahisəyə son qoydu - VİDEO

Etibarnamə olmadan ər-arvad nikah şəhadətnaməsi ilə bir-birinin avtomobilini idarə edə bilərmi?

Bu mübahisəli məsələyə hüquqşünas Ərşad Hüseynov son qoyub.

Musavat.com-un xəbərinə görə, hüquqşünas “Düzgün Hərəkət” verilişində dinləyicinin sualına cavab olaraq bildirib ki, istənilən əşyadan, o cümlədən avtomobildən istifadə, ona sahiblik, sərəncam hüququ ilə bağlı məsələlər Mülki Məcəllə ilə tənzimlənir.

Hüquqşünas qeyd edib ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ər-arvadın nikah dövründə əldə etdikləri əmlak onların ümumi mülkiyyətidir:

“Ümumi mülkiyyət o deməkdir ki, onların hər ikisinin mülkiyyətidir. Hər ikisinin əmlak üzərində mülkiyyət hüququ var. İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” qanun da deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsinə sahiblik hüququna malik olmalıdır. Bu adam həyat yoldaşının avtomobilini idarə edirsə, həm də onun özünün əmlakıdır. Deməli özünün heç bir istisnasız, heç bir məhdudiyyətsiz sahiblik hüququ var. Özünün sahibliyində olan əmlakı idarə etmək üçün isə hansısa etibarnaməyə və ya digər sənədə ehtiyac yoxdur. Eyni müddəa Ailə Məcəllləsində də təsbit olunub”.

Ərşad Hüseynovun tam açıqlamasının video şəklində təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR