Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Tavuş rayonundan xəbərlər var ki, Azərbaycan-Ermənistan sərhədinin qovşağında dünəndən delimitasiya başlayıb və tərəflər bir neçə saat ölçmə aparıblar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan regionun qubernatoru Ayk Qalumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərib. Dünən qubernatorun qardaşı, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vahe Qalumyan delimitasiya prosesinin başlayıb-başlamadığını bilmədiyini bildirib. Sərhədin delimitasiyası üzrə komissiya ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib. İş hansı prinsip əsasında aparılacaq? Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunu hansı aqibət gözləyir? Bu sualların cavabları havada qalıb,” - deyə yazıda qeyd olunub.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ