İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hraparak": "Sünik Qərbin diqqət mərkəzində olmaqda davam edir"

Sünik Qərbin diqqət mərkəzində olmaqda davam edir. Bu yaxınlarda 15 Avropa ölkəsinin səfirləri Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorinin başçılığı ilə Sünik bölgəsinə səfər ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Avropa diplomatları Sünikdə Avropa Günü ilə bağlı tədbirlər keçirmək qərarına gəliblər. Bundan başqa, səfirlər Qafanda da olublar, bu gün isə Gorusa səfər nəzərdə tutulub.

Qeyd olunur ki, bu ilin əvvəlində region sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş “Dayanıqlı Sünik. Avropa komandası” adlı tədbir də keçirilib. Həmin tədbirdə qarşıdakı 5 il ərzində bölgəyə 51 milyon avroya yaxın vəsaitin veriləcəyi deyilib. Dünən isə artıq 116 milyon avroya yaxın vəsaitin ayrıldığı açıqlanıb.

“Bununla belə, bütün bu təşəbbüslərin məqsədi Sünikin inkişafına kömək etmək deyil, bölgənin mühüm geosiyasi mövqeyidir”, - deyə qəzet yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR